среда, 7 марта 2012 г.

HƏBSDƏKİ DÖRD MÜSAVATÇI GƏNC

Siyasət
HƏBSDƏKİ DÖRD MÜSAVATÇI GƏNC
2012-03-07
Səxavət Soltanlı: “Bu, hakimiyyətin Müsavatdan, gənclikdən necə qorxduğunun bir təzahürüdür”


İctimai Palatanın (İP) ötən il Fəvvarələr meydanında keçirdiyi aksiya zamanı saxlanılan və barələrində həbs hökmü çıxarılan gənclərdən dördü Müsavat Gənclər Təşkilatının üzvləridir. Tural Abbaslı, Rüfət Hacıbəyli, Əhəd Məmmədli və Ülvi Quliyev Müsavat Gənclər Təşkilatının rəhbərliyində təmsil olunan şəxslərdir. T.Abbaslı Müsavat Gənclər Təşkilatının sədri, Ə.Məmmədli və R.Hacıbəyli isə onun müavinləridir. Qeyd edək ki, hazırda rəhbərliyindəki gənclərdən bu qədəri həbsdə olan ikinci gənclər təşkilatı yoxdur.
Tural AbbaslıƏhəd Məmmədli

Tural Abbaslı 1982-ci il, sentyabrın 13-də anadan olub. 1989-cu ildə Pişəvəri adına fars təmayüllü gimnaziyaya, 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsinə, 2009-cu ildə isə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin magistraturasına daxil olub. Həbs olunandan iki gün sonra siyasi əqidəsinə görə BDU-dan qovulub. 2007-ci ildən Müsavat Gənclər Təşkilatına sədrlik edir. 2010-cu ilin parlament seçkiləri zamanı 21 saylı Nəsimi seçki dairəsindən namizədliyini irəli sürüb. Amma namizəd kimi qeydə alınmayıb. Milli-azadlıq hərəkatı illərində anası ilə meydanlarda olan balaca Tural 18 yaşı tamam olan gün Müsavat Partiyasına üzv yazılıb. 2 aprel mitinqinə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əhəd Məmmədli 1982-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin geologiya fakültəsini bitirib. 2001-ci ildən Müsavat Partiyasının sıralarına daxil olub və aktiv siyasi fəaliyyətə başlayıb. 2003-2004-cü illərdə hərbi xidmətdə olub. Ə. Məmmədli həm də “Futbol+” qəzetinin köşə yazarı, həmçinin Müsavat Partiyasının Məclis üzvüdür. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət HacıbəyliÜlvi Quliyev

Ağcabədi rayonundan olan Rüfət Hacıbəyli 1985-ci il, dekabrın 26-da Bərdə rayonunda anadan olub. Atası İbrahim Hacıbəyli uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Bu səbəbdən də onlar ailəlikcə bir müddət Yevlaxda yaşayıb, sonradan yenə Ağcabədiyə köçüblər. R. Hacıbəyli Qərb Universitetinin hüquq fakültəsini bitirib. 2003- cü ildən Müsavat Partiyasının üzvüdür. Hazırda partiyanın Gənclər Təşkilatının sədr müavini, Müsavat Məclisinin üzvüdür. 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ülvi Quliyev Azərbaycan Beynəlxalq Universitetində inşaat ixtisası üzrə təhsil alıb. Daxili qoşunlarda əsgəri xidmət keçib. 26 yaşı var. İlk dəfə olaraq 2 apreldə müxalifətin keçirdiyi aksiyaya qoşulub və elə həmin gün də həbs olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı Müsavat Gənclər Təşkilatının çox sayda gənclərinin həbsdə olmasının səbəbini Azərbaycan hakimiyyətinin təşkilatının gücündən və həyata keçirdiyi tədbirlərdən daha çox narahat olması ilə əlaqələndirdi: “Müsavat Gənclər Təşkilatının bu qədər siyasi məhbusu olmasını Azərbaycan hakimiyyətinin Müsavat Gənclər Təşkilatından və gənclikdən necə qorxduğunun bir nümunəsidir. Tural Abbaslının, Əhəd Məmmədlinin və Rüfət Hacıbəylinin o zaman gördüyü işlər, reytinqi kifayət qədər yüksək idi və onların ətrafında bu hakimiyyətlə heç cür barışmayan, mübarizə aparan kifayət qədər gənclər var idi. Mən hesab edirəm ki, həmin həbslərin səbəbi də onların ətrafında olan gəncləri qorxutmaq istəyi idi. Amma buna nail ola bilmədilər. Həmin gənclər Tural Abbaslının, Əhəd Məmmədlinin, Rüfət Hacıbəylinin rəhbəri olduğu Müsavat Gənclər Təşkilatını seçirlər və burda fəaliyyətlərini davam edirlər”.

AKSİYA KEÇİRMƏYƏ CƏHD EDƏN CƏBHƏÇİ GƏNCLƏR DÖYÜLDÜ

Ölkə
AKSİYA KEÇİRMƏYƏ CƏHD EDƏN CƏBHƏÇİ GƏNCLƏR DÖYÜLDÜ
2012-03-07
Vicdan məhbuslarına işgəncə verilməsinə etiraz edən AXCP fəallarına divan tutuldu; həbs olunanlar var


Martın 6-da Bakıda 100-dən çox AXCP fəalı Ədliyyə Nazirliyinin qarşısında partiyadan olan siyasi məhbuslar Məhəmməd Məcidli və Babək Həsənova qarşı işgəncələrə etiraz etmək məqsədilə aksiyaya cəhd göstərib. Onlara siyasi məhbusların ailə üzvləri də qoşulub. Lakin aksiya keçirmək istəyənlərin qarşısını polis Elmlər Akademiyası bağında kəsib və onlara qarşı amansız güc tətbiq edib.
AXCP Gənclər Komitəsinin sədri Əbulfəz Qurbanlı, partiya fəalları Toğrul İbrahim, Dadaş Sadıqlı, Renat Nəcəfov, Nuru Nuruzadə, Beyim Həsənli, Məcid Mərcanlı, Məmməd İbrahim, Dəyanət Babayev, Cabbar Savalanlı, Bəhruz Həsənov, Rövşən Əsədov, Samir Hüseyin, Ziya Zöhrab, vicdan məhbusu Elnur Məcidlinin atası Arzuman Məcidli saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə aparılıblar.


Dəyanət Babayev və Cabbar Savalanlı amansızlıqla döyülüblər. Cabbar Savalanlının qaşı partlayıb, almacıq nahiyəsi ciddi zədələnib. Dəyanət Babayevin isə dodaqları partlayıb. “Azadlıq” qəzetinin saytının məlumatına görə, gənc fəal Məcid Mərcanlı isə Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov tərəfindən döyülüb. “Azadlıq”ın reportyoru Ramin Dekonun əlindən fotoaparatı alınıb. AXCP fəallarının hüquqi nümayəndəsi kimi onlarla görüşmək istəyən vəkil Fəxrəddin Mehdiyev isə idarəyə buraxılmayıb. Vəkil polisə orderini təqdim etsə də, polis buna məhəl qoymayıb və görüşə icazə verməyib. Saxlanılanlardan Əbülfəz Qurbanlı içəridə fiziki zorakılığa məruz qalıb. Hətta ona elektroşok verildiyi haqda məlumatlar yayılıb.
Qaşı partlayan Cabbar Savalanlının qanını kəsmək mümkün olmayıb və polislər məcburiyyət qarşısında idarəyə təcili tibbi yardım çağırıblar. Həkimlər onun qaşına tikiş vurublar. Dəyanət Babayevin isə zərbədən dişləri sınıb.


Yasamal Polis İdarəsində saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi ilə protokol tərtib olunub.
Aksiya zamanı saxlanılanlardan Dəyanət Babayev, Cabbar Savalanlı, siyasi məhbus Babək Həsənovun qardaşı Bəhruz Həsənov, Ziya Zöhrab, Saqif Qurbanov barəsində məhkəmə qərarı çıxarmağa hazırlaşırlar. Onlar Yasamal Rayon Məhkəməsinə aparılıb.
Günün sonunda həbs edilən AXCP fəallarının hamısı sərbəst buraxılıb. Məhkəməyə aparılan 5 nəfər fəala isə 50-70 manat məbləğində cərimə kəsilib. Vicdan məhbusu Babək Həsənovun qardaşı Bəhruz Həsənov 70, qalanları isə 50 manat məbləğində cərimələnib.
Gənclərin Hüquqlarını Müdafiə Komitəsi və İctimai Palata bəyanat yayaraq polis zorakılığını pisləyib.
İctimai Palata iqtidarı ölkədə gərginliyi aradan qaldıracaq islahat xarakterli addımlar atmağa, o cümlədən günahsız yerə illərdir, aylardır həbsdə saxladığı siyasi məhbusları azad etməyə çağırıb.

среда, 22 февраля 2012 г.

“AZADLIĞI İSTƏMİRƏM QRAM-QRAM...”

Siyasət
“AZADLIĞI İSTƏMİRƏM QRAM-QRAM...”
2012-02-22
Əhəd Məmmədli: “Həbsxanada biz bir-birimizə arxa durmuşuq, yumruq kimiyik”


Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, 2 aprel məhbusu Əhəd Məmmədli “Mediaforum” saytının suallarını cavablandırıb. Müxalif İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasına görə 3 il müddətinə azadlıqdan məhrum olunmuş müsavatçı gənc paytaxtdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. “Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onu vicdan məhbusu kimi tanıyır.
- 2 aprel mitinqi sizin həyatınızda nə rol oynadı?

- Mən 2001-ci ildən Müsavat Partiyasının üzvüyəm. Bu müddətdə çox mitinq görmüşəm. 2 aprel mitinqindən sonrakı həbsxana həyatım zamanı özümə, ətrafıma və ümumiyyətlə həyatıma yenidən baxış keçirdim. İndi əminliklə söyləyə bilərəm ki, həbsdən sonra siz daha bərk, soyuqqanlı və öz hədəflərində israrlı Əhəd Məmmədli görəcəksiniz.

- Sizin, eləcə də Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının və bir neçə gənc Müsavat fəalının həbsindən sonra Gənclər Təşkilatında durğunluq yarandığını deyirlər. Bu fikirlərlə nə qədər razısız?

- Təbii, bu həbslər təşkilatımıza zərbələr vurdu. Amma bu həbslərdən sonra gənclərimiz daha bərkidi və ətrafımızda birləşdi. İndi biz yumruq kimi, bir ailə kimiyik. Bu hadisələr bir daha Müsavat Gənclər Təşkilatının hakimiyyət üçün necə təhlükə olduğunu göstərdi.

- Həbsxanada tapdığınız yeni məşğuliyyət nədir?

- Bura da bir balaca Azərbaycandır. Burada da digər vicdan məhbusları ilə birlikdə hüquqları pozulmuş vətəndaşlarımızın hüquqlarını müdafiə edirik.

- Məhkəmə prosesində xeyli adam şahid qismində sizin, eləcə də digər aksiya iştirakçılarının əleyhinə ifadə verdi. Azərbaycan reallığını nəzərə alıb onlara haqq qazandıra bilirsiniz?

- Xeyr! Azərbaycan kişisinə yaraşmaz üzə durmaq! Mən məhkəmə proseslərində də bir neçə dəfə xatırlatmışam, bizim həbsimizdə günahkar olanlar bunun əvəzini ödəyəcəklər.

- İndiyə qədər siyasi məhbusların həbsxana təcrübəsi göstərir ki, onlar hər hansı təxribatdan sığortalanmayıb. Belə bir vəziyyətə özünüzü hazır bilirsinizmi?

- Mən özümü kifayət qədər soyuqqanlı adam hesab edirəm. 14 saylı Cəzaçəkmə Müəssisəsində 6 nəfər vicdan məhbusu var. Biz bir-birimizə arxa durmuşuq, yumruq kimiyik. Bir çox dustaq bizə böyük rəğbət bəsləyir. Bizi təxribata çəkmək elə də asan iş deyil.

- Dörd divar arasında azadlıq ifadəsinin tərifini necə verərdiniz?

- Məşhur şeirdə deyildiyi kimi: “Azadlığı istəmirəm zərrə-zərə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...”

- Bu il Müsavat Partiyasının qurultayı olacaq. Gənclər Təşkilatının sədr müavini olaraq başqanlığa namizədiniz kimdir? Yaxud kimin namizədliyini dəstəkləyirsiniz?

- Biz Müsavat Gənclər Təşkilatı olaraq sədrimiz Tural Abbaslının ötən il dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə səsləndirdiyi kimi, Arif Hacılının namizədliyini dəstəkləyirik. Bu məsələdə mövqeyimizi, ehtiyac olarsa, Tural bəy daha ətraflı ifadə edəcək.

вторник, 21 февраля 2012 г.

Müsavat Gənclər Təşkilatı sərt bəyanat yaydı

Müsavat Gənclər Təşkilatı sərt bəyanat yaydı
Daha bir fəal ölkəni tərk etsə də, ailəsinə təzyiqlərə ara vermirlər !
Keçən il dünyada baş verən demokratik oyanış, hərəkat dalğası Azərbaycana da öz təsirini göstərdi. Belə ki, ilin əvvəlindən aprel, iyun aylarında Ictimai Palata uğurlu mitinqlər keçirməyə nail olub. Ancaq yaxın keçmişdə olduğu kimi mövcud diktatura rejimi müxalifət fəallarına olmazın divanını tutmağı bacardı. Fəalların bir qismi həbs edildi, digər qismi isə polis və xüsusi xidmət orqanlarının ( rəsmi və qeyri- rəsmi) təqiblərinden gizlənmək üçün evlərindən didərgin düşdülər. Təqib olunanların əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldı. Bunlardan biri də 24.04.1981 doğumlu Mirələmov Sahib Eldar oğludur. Sahib Mirələmov Müsavat Partiyasının fəallarından, gənclər təşkilatının aktivlərindən biridir.

Sahib bəy Ictimai Palatanın 2 Aprel mitinqində aktivliyi ilə seçilib. Təsadüfi deyil ki, həmin mitinqdən sonra Sahib Mirələmov polis təzyiqlərinə məruz qalıb. Bir müddət gizli siyasi fəaliyyətlə məşğul olan Sahib Mirələmov artıq təzyiqlərə təəssüf ki, tab gətirməyərək ölkəni tərk etmək məcburiyyətinde qaldı . Evləri və ailəsi indi də nəzarət altında saxlanılır.

Hakimiyyət nümayəndələrindən Sahib bəyin ailəsinə təzyiqləri dayandırmağı tələb edirik.

понедельник, 13 февраля 2012 г.

Arabische lente, schuldencrisis en politieke veranderingen leiden tot toename politieke risico's


De politieke risico´s voor het bedrijfsleven zijn afgelopen jaar toegenomen. Onder andere de Arabische lente, de schuldencrisis en politieke veranderingen in diverse landen maakten het voor ondernemingen onveiliger om zaken te doen in 21 landen.
In drie landen verbeterde de situatie. Dit blijkt uit de Political Risk Map 2012, die jaarlijks wordt gepresenteerd door risicoadviseur en verzekeringsmakelaar Aon.

Hoewel de situatie in een aantal landen dat betrokken was bij de Arabische lente inmiddels iets duidelijker wordt, heeft de ontstane spanning in tientallen landen binnen en buiten de regio protesten veroorzaakt of aangewakkerd.

“Deze protesten blijven een belangrijke bron van zorg in 2012, en dat zien we terug in de waardering van een aantal landen,” zegt Roger Schwarz, senior vice president Politieke Risico’s van de afdeling Crisismanagement van Aon Risk Solutions.

“Hierdoor worden CEO's en CFO's van ondernemingen die in opkomende markten in het buitenland actief zijn, gedwongen om hun risicobeheer te herzien en om maatregelen te nemen om de risico's te beperken.”

Daarnaast kunnen de uitslagen van de verkiezingen in de Verenigde Staten, Frankrijk, Rusland en China bijdragen aan een verdere toename van de onzekerheid in de wereld. De schuldencrisis in de eurozone blijft een aanzienlijk risico vormen, en breidt zich uit naar de landen die economisch of anderszins van de regio afhankelijk zijn.


Verschuivingen op de kaart van 2012
De politieke risico’s namen af voor drie landen: Moldavië, Oekraïne en Uruguay.

Voor 21 landen namen de politieke risico’s toe in vergelijking met vorig jaar. Dit zijn: Azerbeidzjan, Bahrein, Wit-Rusland, Colombia, Kroatië, Egypte, de Falklandeilanden, Gabon, Guatemala, Guinee-Bissau, Libië, Marokko, Oman, Pakistan, Swaziland, Syrië, Thailand, Tunesië, Oeganda, Vietnam en de Westelijke Sahara.

Het meest voorkomende risico voor het internationale bedrijfsleven is wet- en regelgeving. In 104 landen is het risico op financiële of reputatieschade reëel wanneer problemen ontstaan met de naleving van wet- en regelgeving. Voorbeelden zijn Wit-Rusland, Kazachstan, Somalië, Thailand en Jemen.

Regeringsmaatregelen, zoals nationalisering en onteigening, vormen een bedreiging voor ondernemingen in 92 landen. Voor Egypte, Gambia, Libië, Peru en de Westelijke Sahara geldt dit risico dit jaar voor het eerst.

Insolvabiliteit van overheden is de derde meest voorkomende bedreiging voor internationale ondernemingen. In 2012 bestaat het risico voor 85 landen dat een regering of overheidsinstantie niet kan voldoen aan zijn betalingsverplichtingen. Landen binnen deze risicogroep zijn onder andere Kroatië, de Dominicaanse Republiek, Egypte, Nigeria en Vietnam.

Politiek geweld, zoals stakingen, terrorisme, oorlog en staatsgrepen, vormt een risico in 81 landen, waaronder Bahrein, Libië, Senegal, Sierra Leone en Turkmenistan.

Voor 71 landen is er een risico dat ze niet in staat zijn om betalingen in harde valuta te doen als gevolg van de invoering van lokale valutarestricties. Dit geld onder andere voor Bolivia, Kenia, Swaziland, Pakistan en Turkmenistan.

Het minst voorkomende risico is de kans dat goederen- en/of dienstenstromen naar of uit een land worden onderbroken als gevolg van instabiliteit op politiek, sociaal, economisch of milieugebied. Dit risico geldt voor 61 landen, waaronder Guinee, Papoea-Nieuw-Guinea, Syrië, Tuvalu en Vanuatu.

Bron: Aon

воскресенье, 22 января 2012 г.

Human Rights Watch Azərbaycanda insan haqlarının daha da pisləşdiyini bildirir

-

2011-ci ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşib. Hökumət bütün etiraz aksiyalarının qarşısını alıb, onlarla gənc saxta hökmlərlə həbs edilib.

Böhtana görə jurnalistlərə qarşı qaldırılan cinayət və mülki məhkəmə işlərinin sayı azalsa da, jurnalistlərə və başqa digər tənqidçilərə münasibət dəyişməyib.

Hökumətin paytaxt Bakının mərkəzində şəhərin gözəlləşdirilməsi adı altında apardığı abadlaşma nəticəsində insanlar evlərindən məcburi köçürülüb, evləri qanunsuz sökülüb.

DİN AZADLIĞINA MƏHDUDİYYƏTLƏR, HƏBSXANALARDA İŞGƏNCƏ VƏ PİS RƏFTAR DAVAM EDİB

Bu haqda beynəlxalq hüquq-müdafiə təşkilatı Human Rights Watchun dünyada insan haqlarının vəziyyəti ilə bağlı yaydığı illik hesabatın Azərbaycana aid olan hissəsində deyilir.

Hesabatın Mətbuat Azadlığı hissəsində deyilir ki, mart ayında müxalif yönlü «Azadlıq» qəzetinin jurnalisti Seymur Həziyevi 6 maskalı şəxs oğurlayaraq döyüb. Ona hökumət məmurlarını tənqid edən yazılar yazmamaq haqda xəbərdarlıq olunub. Apreldə isə «Azadlıq» qəzetinin müxbiri Ramin Dekonu 3 naməlum şəxs oğurlayıb. Onu 8 saat saxlayıblar, hökuməti tənqid edən yazılar yazmamaqla bağlı ona da xəbərdarlıq ediblər.

Oktyabr ayında «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. 2011-ci ildə məhkəmənin qərarı ilə «Xural» qəzetinin avadanlıqları müsadirə edilib.

Aprel ayında İsveç televiziyasının jurnalistləri Bakıdakı mitinqi çəkərkən polis onların kameralarını alıb, çəkdiklərinin hamısını silib. İyul ayında Bloomberg Markets jurnalının fotoqrafı Diana Markosian Bakı aeroportundan deportasiya olunub. İyun ayında amerikalı jurnalist Amanda Erickson və britaniyalı hüquq müdafiəçisi Celia Davies 4 nəfərin hücumuna məruz qalıb. Hücum edənlərdən ikisinə cinayət işi qaldırılıb.

2011-ci ilin birinci yarısında məmurlar jurnalistlərə qarşı böhtanla bağlı 7 məhkəmə iddiası qaldırıb. May ayında tənqidçi redaktor Eynulla Fətullayev azadlığa buraxılıb.

HESABATIN TOPLAŞMA AZADLIĞI HİSSƏSİNDƏ BİLDİRİLİR Kİ, HÖKUMƏT TOPLAŞMA AZADLIĞINI MƏHDUDLAŞDIRIB


Bakının mərkəzində heç bir etiraz aksiyasının keçirilməsinə icazə verilməyib. Polis icazəsiz aksiyaları dağıdarkən 50-dən çox fəalı saxlayıb. Gecə vaxtı keçirilən məhkəmə proseslərində onlar 10 gün azadlıqdan məhrum ediliblər.

Aprelin 2-də keçirilən aksiya zamanı polis fiziki gücdən istifadə edib. 200-dən çox adamı, o cümlədən jurnalistləri, müxalifət fəallarını saxlayıb. Saxlananlardan 14-ü ədalətsiz məhkəmə qərarları nəticəsində 3 ilə qədər azadlıqdan məhrum edilib.

Hesabatın Siyasi Məhbuslar hissəsində deyilir ki, yerli hüquq müdafiəçilərinin məlumatına görə, mart-aprel aylarında keçirilən aksiyalarda həbs olunanlar da daxil olmaqla 2011-ci ilin 6 ayında siyasi məhbusların sayı 23-45 arasında olub.

29 yaşlı gənc fəal Bəxtiyar Hacıyev martın 11-də keçirilməsi planlaşdırılan etiraz aksiyasını dəstəkləyib. O, ordudan yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib. AXCP fəalı, 20 yaşlı Cabbar Savalan narkotik saxlama ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin Azərbaycana gəlməsi üçün viza verilməməsi davam edib.

Hesabatın Pis Rəftar və Saxlanma yerlərində Ölüm bölməsində göstərilir ki, işgəncə və pis rəftar davam edir. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin məlumatına görə, həbsxanalarda pis rəftarla bağlı 89 nəfər müraciət edib.

Yanvar ayında polis 31 yaşlı Elvin Əsgərovu saxlayandan sonra o ölüb. Avqustun 24-də 31 yaşlı Turac Zeynalov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin saxlama kamerasında ölüb. Sentyabrda Turac Zeynalovun ölümü ilə bağlı araşdırma aparan AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşını təhlükəsizlik nazirliyinin əməkdaşları saxlayaraq deportasiya ediblər.

ŞƏHƏRİN «GÖZƏLLƏŞDİRİLMƏSİ»

Hesabatda Evlərdən Məcburi Köçürülmə və Qanunsuz Söküntülər haqqında deyilir ki, 2009-cu ildən Bakının «gözəlləşdirilməsi» adı altında yüzlərlə sakin evindən məcburi çıxarılıb. Onlara qarşı bəzən fiziki gücdən də istifadə olunub.

Məcburi köçürülməyə hüquq müdafiəçisi Leyla Yunus da məruz qalıb.

Hesabatın Din Azadlığı bölməsində bildirilir ki, 2010-cu ilin iyununda qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliklərə görə, icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr qaldırılıb. Dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunur.

İyun ayında Yehova Şahidləri dini icmasının 40 üzvünün iştirak etdiyi yığıncağın qarşısını polis alıb. Polis onları 10 saat sorğu-sual edib. Polis Sumqayıtdakı baptistlərə də icazəsiz toplaşmayla bağlı xəbərdarlı edib.

2010-cu ilin dekabr ayından orta və ali məktəblərə hicabla getmək qadağan olunub. Hicab qadağasına etiraz edənlərdən 5 nəfəri polisə müqavimət göstərməkdə ittiham olunaraq 2 il yarım azadlıqdan məhrum edilib.

2011-ci ilin yanvarında qeydə alınmamış İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub. O, prezident İlham Əliyevi tənqid edəndən sonra həbs edilib. 12 il azadlıqdan məhrum edilib.

Hesabatın Hüquq Müdafiəçiləri bölməsində deyilir ki, yerli hüquq müdafiə təşkilatının rəhbəri Vidadi İsgəndərov həbs olunub. O, parlament seçkilərinə müdaxilədə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Vidadi İsgəndərov apreldə icazəsiz aksiyada iştirak etdiyi üçün iki dəfə qısa müddətli həbs olunub. Vəkil Xalid Bağırov Vəkillilər Kollegiyasının üzvlüyündən çıxarılıb. Vəkil Elçin Namazov isə həm vəkillikdən çıxarılıb, həm də onun haqqında cinayət işi açılıb.

Mart Azərbaycan İnsan Hüquqları Evinin fəaliyyəti dayandırılıb. Həmin ay Ədliyyə Nazirliyi Milli Demokratiya İnstitunun fəaliyyətini dayandırıb.

Hesabatda o da bildirilir ki, Avropa Birliyi, ATƏT və ABŞ-ın Bakıdakı səfirliyi gənc fəalların həbsi, mülki hüquqların pozulması ilə bağlı narahatlıqlarını bildiriblər. Avropa Şurasının insan haqları üzrə komissarı Thomas Hammarberg ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarını təmin etmədiyi üçün Azərbaycan hökumətini tənqid edib.

http://www.azadliq.org/content/article/24459321.html

пятница, 13 января 2012 г.

AXCP ÜZVÜNÜN TƏHDİDİ İLƏ BAĞLI DİN-ə MÜRACİƏT EDİLDİ

Son xəbər
AXCP ÜZVÜNÜN TƏHDİDİ İLƏ BAĞLI DİN-ə MÜRACİƏT EDİLDİ
2012-01-13


Siyasi Azadlıqları Müdafiə Alyansının (SAMA) müxalifətçi xanımın təhdid edilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubova və İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edib. Müraciətdə bildirilir: “Narahatlıqla bildiririk ki, son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, təşkilatın Nizami rayon Qadınlar Şurasının sədri və həmin rayon ərazisində yaşayan Xəlilova Kəmalə Kamal qızına naməlum şəxslər tərəfindən təhdidlər edilib. Belə ki, tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq ictimai fəaliyyətinə son qoymağı, əks halda çətinliklərlə üzləşəcəyini söyləyib.
Xəlilova AXCP-nin fəaliyyətində iştirak etdiyi üçün anonim zənglərlə hədələnib. Kəmalə Xəlilova İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyada nəzərdə tutulan yığıncaqlar və birləşmək azadlığı hüququndan istifadə etdiyinə görə təqib olunur. Bu proses son günlər ardıcıl xarakter alıb. Biz baş vermiş hadisənin Xəlilovanın siyasi fəaliyyət imkanlarının məhdudlaşdıırlmasına yönəldiyini qeyd edərək, bunu Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş - hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna qarşı yönəldiyini bildiririk. Eyni zamanda bu hadisənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinin (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə) pozulmasına yönəldiyini, bununla da cinayət məsuliyyəti yaratdığını qeyd edirik”. SAMA K.Xəlilovaya qarşı təhdidləri siyasi xarakterli hesab edərək, onun Konstitusiya və müvafiq qanunları əsasında hüquqi müdafiəsinin təşkil olunmasını vacib sayır: “Biz bu hadisəni kobud qanun pozuntusu hesab edərək, ağır nəticələr verəcəyini bildirir və xahiş edirik ki, öz səlahiyyətinizə uyğun olaraq, Xəlilovaya yönələn təhdidlərin qarşısının alınması və bu əməlləri törədən şəxslərin qanun qarşısında cavab verməsi üçün tədbirlər görəsiniz” - deyə müraciətdə bildirilir.